Türkiyə döyüş təyyarələri yenidən havaya qalxdı

© AFP 2023 / ADEM ALTANTürk qırıcıları, arxiv şəkli
Türk qırıcıları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyatlar zamanı dağlara sığınan terrorçulara qarşı axtarış tədbirləri davam etdirilir

BAKI, 3 aprel — Sputnik. Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatını davam etdirir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hərbi təyyarələr havaya qalxaraq, YPG və PKK terror təşkilatlarının Afrində dağlıq ərazilərdə gizlənən üzvlərini bombalayıb.

Xatırladaq ki, Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu martın 18-də Afrinin mərkəzini terrorçulardan təmizləyib. Əməliyyatlar zamanı dağlara sığınan terrorçulara qarşı axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti
0