Tayfur Əliyev

İdmançılarımız Avropa çempionatından medalla qayıdır

24
(Yenilənib 15:26 02.04.2018)
Gərgin keçən final döyüşü rəqibin qələbəsi ilə başa çatıb

BAKI, 2 aprel — Sputnik. Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatı başa çatıb. Azərbaycan millisi yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub.

Boks Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çempionatın sonuncu günündə yığmamızın üzvü Tayfur Əliyev (56 kq) rumıniyalı Robert Eusebi Jitarunu sınağa çəkib. Gərgin keçən final döyüşü rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə Avropa Oyunlarının mükafatçısı yarışı ikinci pillədə bitirib.

Qeyd edək ki, Tayfur Əliyevdən öncə yığmamızın üzvü Məhəmməd Abdullayev (+91 kq) bürünc medalı rəsmiləşdirmişdi.

24
Teqlər:
Tırqu-Jiu şəhəri, milli yığma, Avropa çempionatı, gümüş, çempionat, boksçu, Rumıniya, bürünc medal, medal
Əlaqədar
İlham Zəkiyev: "Rus idmançılar siyasətin qurbanı oldu”
Məşhur idmançılar təyyarədən qovuldular - adyal oğurluğuna görə
Məşhur qadın idmançılar bir-biriləri ilə ailə qurdular
Azərbaycanda idmançılar barədə kəskin qərar
Dövlət başçısından idmançılar üçün mühüm sərəncam
Aylardır maaş almayan idmançılar etiraz aksiyası keçirdilər