Qış albalısı ticarət mərkəzinin həbs olunan direktoru Nadejda Suddenok

Yanan ticarət mərkəzinin rəhbəri həbsinə etiraz edir

49
(Yenilənib 13:09 02.04.2018)
Nadejda Suddenok ittihamları qəbul etməyib

BAKI, 2 aprel — Sputnik. Rusiyanın Kemerovo şəhərində yanğın baş verən "Qış albalısı" ticarət mərkəzinin həbs olunan direktoru Nadejda Suddenok ittihamları qəbul etməyib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o, həbsinə etiraz edib və hadisənin onun səhlənkarlığı ucbatından baş vermədiyini bildirib.

Xatırladaq ki, martın 25-də Kemerovoda "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın zamanı 41-i uşaq olmaqla 64 nəfər həlak olub. İstintaq araşdırmasından sonra məlum olub ki, ticarət mərkəzinin avtomatik yanğın həyacan siqnalı işləməyib.

Faciənin istintaqı zamanı artıq 7 nəfər həbs edilib. Onlarlın barəsində mayın 25-dək həbs-qətimkan tədbiri seçilib.

49
Teqlər:
"Qış albalısı" ticarət mərkəzi, faciə, Kemerovo, Rusiya, yanğın
Əlaqədar
Dəhşətli yanğında ölənlərlə bağlı ortaya yeni iddia atıldı
Dəhşətli yanğında 53 nəfər diri-diri yanıb - İtkin düşənlər də var
Rusiyada dəhşətli yanğında 7 nəfər öldü - VİDEO
İlham Əliyev dəhşətli yanğında ölənlərlə bağlı başsağlığı verdi
Dəhşətli yanğında 4 uşaq həlak oldu