Rusiya prezidenti Valdimir Putin

Putin Kemerovo vilayətinin qubernatoru ilə bağlı fərman imzalayıb

342
(Yenilənib 11:32 01.04.2018)
Mətbuat xidmətinin məlumatında Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevin öz istəyi ilə istefa verdiyi bildirilib

Bakı, 1 aprel — Sputnik. Putin Kemerovo vilayətinin qubernatoru ilə bağlı fərman imzalayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə fərman imzalayıb. 

Bu barədə bazar günü Kremlin mətbuat xidməti xəbər verib.

Mətbuat xidmətinin məlumatında Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevin Rusiya prezidenti Vladimir Putinə öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə müraciət etdiyi bildirilib. 

Kemerovo vilayətinə yeni qubernatoru təyin edilənə qədər Aman Tuleyevin səlahiyyətlərini müavin Sergey Çivilyov icra edəcək. 

Xatırladaq ki, martın 25-də Kemerov vilayətindəki "Qış gilənarı" ticarət mərkəzində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həyatını itirib.   

342
Teqlər:
Kemerovo faciəsi, qubernator, Kemerovo əyaləti, Putin
Əlaqədar
Yenə Kemerovo, yenə yanğın...
Rusiyada yanğın nəticəsində azərbaycanlı ailə həlak olub
Dəhşətli yanğın nəticəsində 11 nəfər öldü
Dəhşətli yanğında ölənlərin sayı 40 nəfərə çatıb
Dəhşətli yanğında ölənlərlə bağlı ortaya yeni iddia atıldı