Bakı, 1 aprel — Sputnik. Hindistanın İndaur şəhərində dördmərtəbəli mehmanxana binası uçub. Sputnik Azərbaycan xəbər verir ki, qəza nəticəsində 10 nəfər həyatını itirib, 7 nəfər ağır xəsarət alıb. Yaralılardan 2 nəfərin vəziyyəti ağırdır.
Dağıntı altında təxminən 50 nəfərə yaxın insanın qaldığı ehtimal olunur.
Hadisənin baş vermə səbəbi ilə bağlı hələ ki, rəsmi məlumat açıqlanmayıb. Ancaq hadisənin binaya yüksək sürətlə hərəkət edən avtomobilin çırpıldığına görə baş verdiyi ehtimal olunur. Bu barədə hadisə şahidləri bildiriblər.
Hazırda qəza yerində xilasetmə işləri həyata keçirilir.
BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.
BAKI, 22 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə strateji sabitlik məsələlərini müzakirə edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Prezident Vladimir Putinin iclasda Təhlükəsizlik Şurasının daimi üzvləri ilə strateji sabitlik, eləcə də ölkə daxili problemləri müzakirə etdiyini qeyd edib.
"İclasda Rusiyanın sosial-iqtisadi inkişafına dair gündəmdə duran məsələlər müzakirə olunub. Strateji sabitlik və silahlanma üzərində nəzarət məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb", - deyə Kremlin nümayəndəsi bildirib.