CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu da oldu: Müəllimləri robotlar əvəz etdi

© REUTERS / Attila CserElias robotu
Elias robotu - Sputnik Azərbaycan
Abunə olmaq
"Elias" adlı müəllim 23 dildə danışa bilir və şagirdlərin suallarına cavab verə biləcək qədər ağıllıdır

BAKI, 31 mart — Sputnik. Finlandiyada təhsil sisteminə yenilik gətirilib. Belə ki, artıq bir məktəbdə təcrübə üçün şagirdlərə xarici dili robot öyrədir.

Sputnik AzərbaycanCNN-Türk”ə istinadla xəbər verir ki, "Elias" adlı müəllim 23 dildə danışa bilir və şagirdlərin suallarına cavab verə biləcək qədər ağıllıdır. "Elias" fin, ingilis və alman dillərində ünsiyyət qurmağı bacarır. Bu robotlar şagirdlərə dil biliklərinin artırması üçün kömək edəcək, hətta şagirdlərin çətinlik çəkdikləri hissələri yaddaşında saxlaya biləcək. Eyni zamanda o, şagirdlərin dərs biliklərini qiymətləndirmə gücünə sahibdir.

Müxtəlif hərəkətlər edən və rəqs etməyi bacaran "Elias" şagirdlərin diqqətini çəkməyi bacarır. Eyni zamanda "OVObot" adlı robot isə riyaziyyat fənnindən şagirdlərə kömək edir.

Xəbər lenti
0