Vulkan püskürməsi, arxiv şəkli

Azərbaycanda vulkan da püskürdü

815
(Yenilənib 14:57 30.03.2018)
Ayrantökən palçıq vulkanında püskürmə baş verib

BAKI, 30 mart — Sputnik. 29 mart 2018-ci il tarixində saat 21:10 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında püskürmə baş verib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 7 dəqiqəyə qədər davam edən püskürmə alovla müşayiət olunub və alov sütunu vulkanın kraterindən təqribən 100-150 metr yüksəkliyə qalxıb.

Abşeronun palçıq vulkanları
© Sputnik / Murad Orujov

Vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 2,0 hektara qədər ərazini əhatə edib və qalınlığı 0,3-1,2 metr arasında dəyişir. Vulkanik ərazidə radial çatlar əmələ gəlib.

Qeyd edək ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər aparılır.

ETSN bildirir ki, Ayrantökən palçıq vulkanı Azərbaycan Respublikasının Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. İlk püskürmə 1964-cü ilin oktyabrında, son püskürmə isə 2008-ci ildə müşayiət edilib.

815
Teqlər:
Abşeron, Bakı, Azərbaycan Respublikası, hektar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, vulkan
Əlaqədar
Bakıda vulkan püskürdü
Şamaxıda vulkan püskürüb
Vulkan püskürdü, on minlərlə insan evindən didərgin düşdü
Bakının 12 kilometrliyində vulkan püskürdü
Abşeronda vulkan püskürməsi nəticəsində 6 çoban yanıb, 2 min qoyun tələf olub
Azərbaycanda daha 4 vulkan püskürə bilər