Əhalinin prezident seçkilərinə maraq səviyyəsi açıqlandı

© Photo : AZƏRTAC"OpinionWay" təşkilatının nümayəndəsi Bruno Janbart
OpinionWay təşkilatının nümayəndəsi Bruno Janbart - Sputnik Azərbaycan
Abunə olmaq
Sorğu iştirakçılarının 83,4 faizi İlham Əlieyvə səs verəcəklərini bildirib

BAKI, 30 mart — Sputnik. Mərkəzi qərargahı Fransada yerləşən "OpinonWay" Tədqiqat İnstitutu "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri öncəsi ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin qiymətləndirilməsi, habelə əhalinin keçiriləcək seçkilərdə iştriakla bağlı maraq səviyyəsini öyrənmək məqsədilə sosiloji sorğu keçirilib. 

112 saylı şəhər seçki dairəsi üzrə referendum - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident seçkiləri günü ilə bağlı mühüm açıqlama

Sputnik Azərbaycan xəbər verir ki, Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla respublikanın digər şəhər və rayonlarında yaşayan və yaşı 18-dən yuxarı olan 1200 nəfər cəlb olunub.

Sorğunun nəticələrini açıqlayan "OpinonWay" Tədqiqat İnstitutunun nümayəndəsi Bruno Janbart deyib ki, nəticələr əhali arasında prezident seçkiləri ilə bağlı aparılan kampaniyaya marağın böyük olduğunu göstərir: "Respondentlərin 78,2 faizi bu kampaniya ilə maraqlandığını, 15,2 faizi isə ümumiyyətlə maraqlanmadığını bildirib".

"İştirakçıların 83,4 faizi İlham Əlieyvə səs verəcəklərini bildirib. Rəyi soruşulanların 12 faizi seçki kampaniyasında iştirak edən digər 7 namizədə səs verəcəklərini bildirib" — Bruno Janbart bildirib.

Xəbər lenti
0