Лампа накаливания, фото из архива

Azərbaycanda hava şəraiti ilə əlaqədar rejimi dəyişdi

1425
(Yenilənib 14:23 30.03.2018)
Hazırda ölkəboyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar

BAKI, 30 mart — Sputnik. "Hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq 30-31 mart tarixlərində baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə "Azərişıq" ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülür". 

Avtobus
© Sputnik / Murad Orujov

Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlama verib. Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədi ilə Bakı şəhəri, ətraf kənd və qəsəbələr, regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib.

"Texniki direktorlara tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır", — ASC sözçüsü bildirib.

"Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən harada problem yaranarsa, "Azərişıq" ASC-nin əməkdaşları bu problemi operativ qaydada aradan qaldırmağa tam hazırdır", — deyə T.Mustafayev vurğulayıb.

1425
Teqlər:
elektrik şəbəkələri, mətbuat xidmətinin rəhbəri, Tanrıverdi Mustafayev, hava şəraiti, "Azərişıq" ASC, Bakı
Əlaqədar
“Azərişıq” ASC-nin nizamnamə kapitalı artırıldı
Lənkəranda qarşıdurma: bir qrup şəxs "Azərişıq"ın avtomobilini yandırıb
"Azərişıq"ın əmlakı yanıb
“Azərişıq” “Azərsu”nun işığını kəsəcək
"Azərişıq" rəhbəri prezidentə məruzə edib