Türk ordusu

Türk ordusu qəfil hücuma məruz qalıb, itkilər var

1629
(Yenilənib 11:29 30.03.2018)
Hücum nəticəsində 5 hərbçi şəhid olub, 7 təhlükəsizlik əməkdaşı da yaralanıb

BAKI, 30 mart — Sputnik. Türkiyənin Siirt vilayətinin Eruh rayonu yaxınlığında yerləşən Ormanardı hərbi hissəsinə PKK terror təşkilatının silahlıları tərəfindən hücum edilib. Sputnik Azərbaycan "DHA"ya istinadla xəbər verir ki, hücum nəticəsində 5 hərbçi şəhid olub, 7 təhlükəsizlik əməkdaşı da yaralanıb.

Siirt valisi Ali Fuad Zirək səhər saatlarında baş verən terror aktından sonra xəstəxanaya gələrək yaralılara baş şəkib. Bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir.

1629
Teqlər:
terror təşkilatı, əməliyyat, terrorçu, PKK, Türkiyə
Əlaqədar
Türk ordusu itki verdi
Türk ordusu Afrinin mərkəzində — VİDEO / FOTO
Türk ordusu bu dəfə İraq sərhədlərinə dayanacaq - ƏMR
Türk ordusu terrorçuların axırına çıxır
Türk ordusu hücuma məruz qalıb, şəhid və yaralılar var
Türk ordusu irəliləyir, öldürülən terrorçuların sayı artır