Запуск ракеты Long March 2F с модулем Tiangong-1, космодром Цзюцюань, провинция Ганьсу, Китай, 29 сентября 2011 года

Həyəcan siqnalı: Çinin sıradan çıxmış nəhəng kosmik stansiyasi Azərbaycana düşəcək

11591
(Yenilənib 14:39 29.03.2018)
Onun qalıqları yer kürəsi səthinin 43 dərəcə şimal və 43 dərəcə cənub ərazilərinə yayılacaq

BAKI, 29 mart — Sputnik. Çinin öz işini başa çatdırmış ilk kosmik stansiyası olan "Tyanqun-1"-in qalıqları Azərbaycan ərazisinə düşə bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Avropa Kosmik Agentliyinin (AKA) hesablamaları ilə müəyyən edilib.

Məlumata görə, kosmik stansiya yerin atmosferinə daxil olacaq və bir həftə ərzində yanacaq: "Onun qalıqları yer kürəsi səthinin 43 dərəcə şimal və 43 dərəcə cənub ərazilərinə yayılacaq. Bu ərazilər Amerikanın şimal və mərkəzi hissəsini, eləcə də Avropanın cənubunu əhatə edir".

Tyanqun-1 kosmik stansiyasının dağıntılarının düşəcəyi ehtimal olunan ərazi
"Tyanqun-1" kosmik stansiyasının dağıntılarının düşəcəyi ehtimal olunan ərazi

"Qalıqlar Afrika, Yaxın Şərq, Şərqi və Cənub-şərqi Asiyanın əsas hissəsini də əhatə edəcək. Kosmik stansiyanın qalıqlarının səpələnəcəyi mümkün ərazilərə üç Cənubi Qafqaz Respublikasının — Azərbaycan, Gürcüstan və Ermənistanın yuxarı sərhədləri də daxildir" — AKA bildirir.

Qeyd olunur ki, stansiyanın atmosferin sıx qatına daxil olması martın 31-i səhərdən aprelin 2-si səhər tezdənədək gözlənilir. Bu barədə məlumatlar hər iki gündən bir yenilənir.

Bu gün sözügedən stansiya gündəlik olaraq 200 kilometrlik hündürlükdən 4 kilometrə qədər enir. Ehtimal var ki, planetimizin səthindən 70 km-lik məsafədə stansiya parçalanacaq.

"Tyanqun-1" kosmik stansiyası 2011-ci ilin sentyabrında "Tszyutsyuan" kosmodromundan kosmosa buraxılıb və öz işini 2016-cı ilin martında başa çatdırıb. Bu müddət ərzində Çinin bir sıra qadın və kişi kosmonavtları onun orbitini ziyarət ediblər.

11591
Teqlər:
AKA, Avropa Kosmik Agentliyi, kosmik stansiya, "Tyanqun-1", Çin, Azərbaycan
Əlaqədar
NASA buna da əl atdı: Kosmik nüvə gəmisi yaradılır
İnsanın kosmosa uçuşunu əngəlləyəcək inanılmaz kəşf edildi
Rusiya ilə ABŞ arasında növbəti mübahisə: Bu dəfə kosmos üstündə
Kosmik raketin yaşayış evlərinin yanında partlamasının qorxulu anları - VİDEO