Cəbhə xətti buradan cəmi 200 metr məsafədədir.

Cəbhədə ciddi təxribat törədilib

543
(Yenilənib 10:26 29.03.2018)
Düşmən müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub

BAKI, 29 mart — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

543
Əlaqədar
Müdafiə Nazirliyi cəbhə xəttində baş verənlərlə bağlı bəyanat yaydı
Cəbhə bölgəsində təxribat
Ermənistan bütün cəbhə boyu atəşkəsi pozub