İmişli sakinləri Saatlıda öldü - Qorxunc qəza

CC0 / floz / Car crashQəzaya uğramış avtomobil, arxiv şəkli
Qəzaya uğramış avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Saatlı rayonunda 2 nəfərin ölümü, daha 2 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib

Bakı, 23 mart — Sputnik. Saatlı rayonunda 2 nəfərin ölümü, daha 2 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Ağır yol qəzası, arxiv şəkil - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ağsuda dəhşətli qəza: 6 nəfər ölüb

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaralar kəndi ərazisində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Yaralılardan biri 1970-ci il təvəllüdlü İmişli rayon sakini Rəfiyev Rəşad Çingiz oğludur. Hazırda ölənlərin və digər yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə, qəzada ölənlər İmişlinin Yalavac kənd sakinləridir. Hazırda "Shacman" markalı yük maşınında sıxılıb qalmış Bakıdan olan yaralının çıxarılması istiqamətində xilasedicilər tərəfindən iş aparılır.

Xəbər lenti
0