Terror

Fransada qan tökən terrorçu öldürülüb

118
(Yenilənib 19:12 23.03.2018)
Hadisə zamanı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb

Bakı, 23 mart — Sputnik. Fransanın Trebes şəhərində supermarketə hücum edib, insanları girov götürən terrorçu öldürülüb.

Bu barədə Fransanın daxili işlər naziri Jerar Kolon öz "Twitter" səhifəsində məlumat verib. Nazir qeyd edib ki, insanları girov götürmüş terrorçu güllələnib.

Sputnik Azərbaycan xəbər verir ki, danışıqlar nəticə vermədiyinə görə, xüsusi təyinatlı dəstələr əməliyyat keçirib və terrorçu məhv edilib.

Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

118
Əlaqədar
Fransada terror aktı törədildi - Ölənlər var
Afrində terror aktı törədildi, ölənlər var
Fransada terror aktlarının qarşısı alınıb
Bazarda törədilən terror aktı nəticəsində ölənlərin sayı artır
Dinc sakinlərimizə qarşı növbəti qanlı terror aktı