Vladimir Putin seçki məntəqəsində, 18 mart 2018-ci il

Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlandı

219
(Yenilənib 15:54 23.03.2018)
Qərar layihəsi MSK-nın cümə günü keçiriləcək iclasında qəbul ediləcək

Bakı, 23 mart — Sputnik. Rusiyada keçirilən prezident seçkilərində 76,69% səs toplayan ölkənin hazırkı rəhbəri Vladimir Putin yenidən prezident seçilib.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyasının (MSK) qərar layihəsində deyilir.

Qərar layihəsi MSK-nın cümə günü keçiriləcək iclasında qəbul ediləcək.

Seçkilərdə Kommunist Partiyasının namizədi Pavel Qrudin 11,77% səslə ikinci olub.

Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski 5,65% səs toplayaraq namizədlər arasında üçüncüdür.

Vətəndaş Təşəbbüsü Partiyasının namizədi Kseniya Sobçak seçicilərin 1,68% səsini qazanıb. 

219
Əlaqədar
Rusiyada seçki protokollarının sayılması başa çatır: Yekun nəticələr
Rusiyada milyonlarla seçici öz seçki məntəqəsində səs verməyəcək
Rusiyada prezident seçkilərində səsvermə başlayıb