Bayıl

Bayıl sürüşmə zonasından yeni xəbər

157
(Yenilənib 15:57 23.03.2018)
Son günlər aparılan monitorinqlərin nəticəsinə əsasən, Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb

Bakı, 23 mart — Sputnik. "Aprel ayının əvvəlində Bayıl sürüşmə zonasında geniş, buruq qazma işlərinə başlanılacaq".

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. 

O bildirib ki, son günlər aparılan monitorinqlərin nəticəsinə əsasən, Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb.

R.Həsənovun sözlərinə görə, ərazidə bir neçə ay araşdırma və digər müvafiq işlər aparılacaq, işlər yekunlaşandan sonra yekun rəy veriləcək: "Yekun rəydə ərazidəki sürüşmə sahəsinin, orada baş verən geoloji proseslərin dəqiq analizi veriləcək. Hazırda ərazidə müşahidə işləri aparılır".

Sakinlərin sürüşmə zonasında yerləşən evlərinə qayıdıb-qayıda bilməyəcəyi məsələsinə gəlincə, mütəxəssis qeyd edib ki, hələ bununla bağlı qərar vermək tezdir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının işi ərazidə olan geoloji proseslərə nəzarət etmək və qeydə alınan faktları qiymətləndirməkdir. Təbii ki, bu məsələyə də baxılacaq. Bəlkə də, sakinlərin evlərinə qayıtması mümkün olacaq, amma bu aparılacaq işlərin nəticələrindən və yekun rəydən asılıdır".

157
Əlaqədar
Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi açıldı
"Bayıl yamacı" sürüşməyə davam edir
“Bayıl sürüşmə zonasında aktivlik başlaya bilər”
Bayıl yamacı sürüşmə zonasının sakinləri ilə bağlı yeni xəbər
Bayıl yamacındakı sürüşmənin aktivləşmə səbəbləri açıqlandı – SON DURUM
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Belə insanlar koronavirusa az yoluxurlar

0
(Yenilənib 14:44 26.09.2020)
Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a oluxma riskini 54 faiz azaldır.

BAKI, 26 sentyabr — Sputnik. Boston Universitetinin Tibb məktəbinin alimləri müəyyən edib ki, koronavirusa yoluxan xəstələrin qanındakı normal vitamin D səviyyəsi, az olanlarla müqayisədə xəstəlik ağırlaşan zaman daha az ölümlə nəticələnir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yetərli D vitamini səviyyəsi çox olan 40 yaşından böyük xəstələrdə virusdan ölüm halı 51,5 daha az olur.

"Bu araşdırma D vitamininin yetərli olmasının sitokin fırtınası və COVID-19-dan ölüm halının qarşısını aldığını sübut edir" - deyə araşdırma rəhbəri Maykl Holk bildirib.

Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a yoluxma riskini 54 faiz azaldır.

Eyni zamanda vitamin D təkcə koronavirusla deyil, digər digər nəfəs yolu xəstəliklərinə yoluxmanın qarşısını alır.

0
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

1
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

1