Təcili yardım

Sumqayıtda iki yaşlı körpəni maşın vurub

82
(Yenilənib 18:05 23.03.2018)
Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir

Bakı, 23 mart — Sputnik. Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi zamanı körpə xəsarət alıb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib.

Yol kənarında hərəkət edən 2016-ci il təvəllüdlü Yarməmmədov Fuad İlham oğlu qəfil avtomobilin qarşısına çıxıb. Nəticədə maşın onu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

82
Əlaqədar
Qəzadan qaçmaq istədi, daha böyük qəza törətdi
Ağsuda dəhşətli qəza: 6 nəfər ölüb
Azərbaycanda dəhşətli qəza: 15 nəfər xəsarət aldı
Qəza ilə bağlı bəyanat verildi, Məleykə Abbaszadə rayona getdi
Qəribə qəza: Avtomobil gözlənilmədən velosipedçiləri vurdu - VİDEO
Qaxda qəza: Ölən və çox ağır yaralananlar var