Ata evə gec gələn qızının dodaqlarını kəsdi

Abunə olmaq
Bu zaman ata əlinə meyvə bıçağı alaraq qızını dodağından yaralayıb

Bakı, 23 mart — Sputnik. Türkiyənin Ədirnə bölgəsində S.D. adlı qızının dodaqları evə gec gəlməsinə hirslənən atası A.D. tərəfindən dodağından bıçaqla kəsilib. Sputnik Azərbaycan "Mynet"ə istinadən xəbər verir ki, hadisə Ədirnənin Keşan rayonunda, Cümhuriyyət məhəlləsində baş verib.

S.D.-ı evə gec gəlməsinə əsəbiləşən və onu evdən qovmaq istəyən atası A.D. ilə mübahisəyə başlayıb. Bu zaman ata əlinə meyvə bıçağı alaraq qızını dodağından yaralayıb.

Xəstəxanaya aparılan S.D. atası A.D.dən şikayət edib. Polis tərəfindən yaxalanaraq həbs olunan ata A.D. polisə verdiyi ifadədə evə gec gələn qızını qorxutmaq istədiyini, hadisənin təsadüfən baş verdiyini bildirib. Qızına qəddarcasına davrandığı üçün peşman olduğunu söyləyib.

A.D. ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Xəbər lenti
0