Bakı-Tbilisi - Qars dəmir yolu

Dəmir yolu nəqliyyatından istifadə edənlərin nəzərinə!

149
(Yenilənib 11:38 15.03.2018)
Sərnişin qatarlarına əlavə vaqonlar qoşulur

BAKI, 15 mart — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin Daşımaları Departamentinin kollektivi Novruz bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Sputnik Azərbaycan-a QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O bildirib ki, Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür: "Bayram ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. Sərnişin qatarlarına əlavə vaqonlar qoşulur".

149
Teqlər:
QSC, vaqon, sərnişin, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, bilet, qatar
Əlaqədar
Dəmir yolu vağzalında bomba axtarışları başa çatdı, nəticə açıqlandı
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk qatar yola salındı
Azərbaycan dəmir yolları rəqəmlərdə