BAKI, 14 mart — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində indiyədək 3444 terrorçu zərərsizləşdirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Terrorçuların zərərsizləşdirilməsi üçün hava və quru əməliyyatları davam edir.
Qeyd edək ki, PYD/YPG terror təşkilatlarına qarşı "Zeytun budağı" əməliyyatı yanvarın 20-də başlayıb. Rəsmi Ankara ərazidə terrorçuların sonuna çıxanadək əməliyyatın davam edəcəyini bəyan edir.
Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 9 mart — Sputnik. Bu gün Milli Məclisin plenar iclası keçirilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 8 məsələ daxil edilib.
Həmin məsələlər bunlardır:
1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.
2. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş).
3. Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (üçüncü oxunuş).
4. Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (üçüncü oxunuş).
5. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş).
6. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş).
7. "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş).
8. "İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş).
BAKI, 9 mart — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi 182650 nəfər fermerə 2020-ci ilin payız əkininə görə subsidiya ödənişi edib. Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə 335 min nəfərdən artıq fermer payız əkini etdiyi barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan yerləşdirib. Fermerlərin əkin bəyanları yoxlandıqca, mərhələli şəkildə subsidiya ödənişlərinin qalan hissəsi də köçürülür.
AKİA-dan bildirilib ki, subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib. Nağdlaşdırıla bilməyən hissə ilə fermerlər gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər.
2021-ci il üçün Subsidiya Şurasının təsdiqlədiyi subsidiya əmsallarındakı yeniliklər ödənilən subsidiyalarda öz əksini tapıb.