Lənkəran Rayon Şöbəsinin əməkdaşları

"Xəzər" TV-nin əməkdaşı sərbəst buraxıldı

217
(Yenilənib 14:03 13.03.2018)
O, bir neçə saat saxlanıldıqdan sonra azad edilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Bu gün səhər saatlarında Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan "Xəzər" Televiziyasının Cənub bölgəsi üzrə müxbiri Elvin Əkbərov sərbəst buraxılıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, E.Əkbərov hazırda evindədir.

Xatırladaq ki, E.Əkbərov bu gün Lənkəran Mərkəzi Rayon Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən Lənkəran polisləri tərəfindən tutulmuşdu.

217
Teqlər:
Elvin Əkbərov, jurnalist, "Xəzər" Televiziyası, Lənkəran Şəhər Polis Şöbəsi
Əlaqədar
Azərbaycanda jurnalist saxlanılıb
MŞ sədri həbsdə olan jurnalistlərdən danışdı
Jurnalistin ölümü ilə bağlı rəsmi məlumat yayıldı
Daha bir jurnalisti itirdik