İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 12 mart — Sputnik. Qəbələdə qızılgül istehsalına başlanılacaq. Bu məqsədlə rayonda 3 hektar ərazidə yüksək texnologiyalı istixananın inşasına start verilib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Layihə Avropada istixana tikintisi ilə məşğul olan məşhur Hollandiya şirkəti ilə birgə həyata keçirilir. Bütün tikinti materialları və avadanlıqlar Hollandiyadan gətiriləcək. 2018-ci ilin yay aylarında istifadəyə veriləcək istixanada 50 nəfər işlə təmin olunacaq. Burada 3 növ qızılgül yetişdiriləcək. Artıq Hollandiyadan əkin üçün 225 000 qızılgül tingi sifariş verilib. İstixanada hər m2 üçün 210-220 ədəd məhsul yığımı nəzərdə tutulur.
BAKI, 20 yanvar — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, gündüz 1-3, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.
Yanvarın 21-də Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 3-7 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
BAKI, 20 yanvar — Sputnik. Xüsusi karantin rejimində summativ qiymətləndirmə zamanı suallar hər sinif və fənn üzrə 4 müxtəlif səviyyədə tərtib edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.
1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20 faizini (20 bal), 2-ci səviyyə üzrə 30 fazini (30 bal), 3-cü səviyyə üzrə 30 faizini (30 bal) və 4-cü səviyyə üzrə 20 faizini (20 bal) təşkil edir. Qiymətlər "2", "3", "4" və "5" olaraq müəyyənləşdirilir. 30 baladək suallar (30 da daxil olmaqla) "2", 30 baldan 60-dək (60 da daxil olmaqla) "3", 60 baldan 80-dək (80 də daxil olmaqa) "4", 80 baldan 100-dək (100 də daxil olmaqla) "5" kimi qiymətləndirilir.