Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millət vəkillərimiz kollektiv şəkildə futbol yarışına çıxacaqlar

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin 100 illiyinə həsr edilmiş beynəlxalq futbol turnirinin püşkatması keçirilib

BAKI, 9 mart — Sputnik. Bu gün Milli Məclisdə "Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri"nin püşkatma mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya Seymlərinin komandaları qarşılaşacaq.

Püşkatmaya əsasən, A qrupunda Azərbaycan və Latviya, B qrupunda isə Polşa və Türkiyə qərarlaşıb. Beş komanda olduğu üçün püşkə əsasən, Ukrayna birbaşa yarımfinala vəsiqə qazanıb. B qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna ilə qarşılaşacaq. A qrupunun qalibi isə birbaşa finala çıxacaq.

Bu gün Azərbaycan-Latviya oyunu ilə turnirə start veriləcək. Oyunun ardınca isə Polşa və Türkiyə qarşılaşacaq.

Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.

Xəbər lenti
0