Bakının mərkəzi küçəsində insanlar

İş axtaranlar üçün mühüm xəbər

531
(Yenilənib 12:14 09.03.2018)
"Baki Metropoliteni" QSC tornaçı peşəsi üzrə işə qəbul elan edib

BAKI, 9 mart — Sputnik. "Baki Metropoliteni" QSC tornaçı peşəsi üzrə işə qəbul elan edib. Sputnik Azərbaycan "Bakı Metropoliteni" QSC-ndən Sputnik Azərbaycan-a verilən məlumata görə, namizəd bu sahədə azı 3 illik təcrübəyə malik, 25-45 yaşlarında, peşə-ixtisas və yaxud ixtisas təhsilli tornaçılar olmalı, torna dəzgahının konstruksiyasını, ayrı-ayrı qovşaqların təyinatını bilməlidir.

Cizgiyə uyğun pəstahın seçilməsi, patronda pəstahın bərkidilməsi, hissəni emal etmək üçün kəskilərin növünün müəyyənləşdirilməsi qaydaları haqqında məlumatlılıq, cizgini oxumaq qabiliyyəti olmaqla bərabər, təmizlik sinfi, dəqiqlik dərəcəsi barədə təcrübəsi, cizgi və yaxud nümunə əsasında verilmiş hissəni torna dəzgahında mexaniki emal etməyi bacarığı vacibdir. Namizədlər həmçinin müxtəlif konstruksiyalı torna dəzgahlarının konstruksiyasını və dəqiqliyə yoxlama qaydalarını, detalların qurulma, bərkidilmə və yoxlama üsullarını və emalın texnoloji ardıcıllığını, bütün növlərdən olan normal və xüsusi kəsici alətlərin quruluşunu, həndəsəsini, termiki emalı, itilənməsi və tamamlanması qaydalarını, verilmiş dəqiqliyə və emal təmizliyinə nail olma üsullarını, xüsusi tərtibatların tətbiqi şərtlərini bilməlidir.

İş rejimi saat 08:00-dan 17:00-a qədərdir. Maraqlananlar metro.gov.az saytına "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub "Bizdə iş" yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

531
Teqlər:
işçi, , "Bakı Metropoliteni" QSC, metro
Əlaqədar
Metro sərnişinlərinin nəzərinə: Yeni xidmət istifadəyə verildi
Metro yaxınlığında partlayış oldu, bir nəfər yaralandı
Paşayev: “Metro stansiyalarında konsert olacaq”
Həmin gün metro saat 1-ə qədər işləyəcək
Avtobus yeraltı metro keçidinə düşdü: 5 ölü, 15 yaralı
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

14
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

14
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar