Abid Şərifov

Narkoloji Mərkəzdə yananlar üçün ödənilən kompensasiyanın məbləği açıqlanıb

273
(Yenilənib 14:34 07.03.2018)
Abid Şərifov: "Xəstənin aldığı xəsarətin dərəcəsindən asılı olaraq 500-1000 manat vəsait ödənilib"

BAKI, 7 mart — Sputnik. Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə ödənilən maddi yardımın məbləği açıqlanıb. Sputnik Azərbaycan "Azvision"a istinadən xəbər verir ki, baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov həlak olan hər bir şəxsin ailəsinə 10 min manat məbləğində yardım edildiyini bildirib.

Baş nazirin müavini deyib ki, xəsarət alanlara isə, orta hesabla 500 manat maddi yardım göstərilib: "Aldığı xəsarətin dərəcəsindən asılı olaraq bəzilərinə 1000 manat vəsait verilib".

Qeyd edək ki, martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 25 nəfər həlak olub. Aparılan araşdırma zamanı yanğının qəsdən törədildiyi məlum olub. Hadisədə təqsirli bilinən, Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov saxlanılıb.

273
Teqlər:
Respublika Narkoloji Mərkəzi, həlak, maddi yardım, ailə, xəsarət, yanğın
Əlaqədar
Narkoloji Mərkəzdə baş verən böyük faciənin günahkarı tapıldı və həbs edildi
Narkoloji Mərkəzdə yanmış xəstələrdən 15 nəfərin cəsədi yaxınlarına verilməyib
Elşad Xose: Narkoloji mərkəz yanan zaman orda idim
Bakıdakı Narkoloji Mərkəzdə faciə
Narkoloji xəstələrin yanmış cəsədləri morqda - EKSKLÜZİV VİDEO
Yeni Narkoloji Mərkəz istifadəyə veriləcək
Narkoloji xəstənin qardaşı: "Nə ölüsünü tapa bilirik, nə dirisini" - VİDEO