Mərkəzi Bank

AMB mövqeyini açıqladı, ölkədə xarici valyutalar bahalaşdı

209
(Yenilənib 10:59 06.03.2018)
Mərkəzi Bank bu günə olan rəsmi məzənnələri açıqlayıb

BAKI, 6 mart — Sputnik. Mart ayının 6-na Mərkəzi Bankın açıqladığı dollar/manatın rəsmi məzənnəsi martın 5-i ilə müqayisədə dəyişməyərək, 1,7001 manat olub.

Martın 5-də rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.0948 manata, 1 rubl isə 0,0299 manata bərabər idi.

Qeyd edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.

209
Teqlər:
mart ayı, rəsmi, rubl, məzənnə, Mərkəzi Bank, avro, manat, dollar
Əlaqədar
Yeni aya yeni məzənnə ilə başladıq
Mərkəzi Bank milli valyutamızın məzənnəsini qaldırdı
Avronun məzənnəsi yenə dəyişdi
Valyuta məzənnələrinə dəyişiklik edildi
Milli valyutamız möhkəmləndi, məzənnəsi qalxdı

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

1
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

1
Здание парламента Азербайджанской Республики

"Təhsil haqqında" qanuna dəyişiklik edilir

3
(Yenilənib 15:41 30.11.2020)
Sənədə edilən dəyişikliklər qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur

BAKI, 30 noyabr — Sputnik. Noyabrın 30-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, komitə sədri Bəxtiyar Əliyev əvvəlcə onlayn iclasa qatılanları torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbrik edib. O, sentyabrın 27-də Ermənistanın Azərbaycana hücumlarına qarşı əks-hücuma başlayan müzəffər Ordumuzun tarixi qələbəsindən söhbət açıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik siyasəti, güclü iradəsi və əzmi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın sonunda kapitulyasiyaya məcbur edilməsinin xalqımıza xüsusi qürur yaşatdığını deyib. Bəxtiyar Əliyev şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə şəfa diləyib.

Onlayn iclasda Fransa Senatının qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması barədə qəbul etdiyi qətnamədən, bunun Azərbaycanın tarixi-mədəni irsinin, təbii resurslarının məhv edilməsinə görə Ermənistanı gözləyən ağır sanksiyalardan işğalçı dövləti qorumaq cəhdi olduğundan danışılıb.

Sonra komitədə "Təhsil haqqında" qanun layihəsinə dəyişiklik edilməsi barədə məsələ müzakirə edilib. Bəxtiyar Əliyev qanuna təklif olunan dəyişikliklər haqqında geniş məlumat verib. Komitə sədri bildirib ki, sənədə edilən dəyişikliklər texniki xarakter daşıyır, qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur. Layihədə təhsil haqqında dövlət sənədlərinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" üzərindən formalaşdırılmasının təklif edildiyi qeyd olunub.

Onlayn iclasda "Bədən tərbiyəsi və idman haqqında", "Peşə təhsili haqqında", "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə sənəd də müzakirə edilib. Bəxtiyar Əliyev qanun layihələrinin qanunvericiliyin təkmilləşdirilməsi, peşə təhsili və ümumi təhsil haqqında dövlət sənədlərinin müvafiq qayda ilə "Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi" üzərindən formalaşdırılması məqsədilə hazırlandığını diqqətə çatdırıb.

İclasın sonunda qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

3