Afrin

Suriyadan gələn bu görüntü hər kəsi duyğulandırdı

725
(Yenilənib 22:47 03.03.2018)
Bölgədən əldə edilən görüntülərdən biri hamını duyğulandırıb

BAKI, 3 mart — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində apardığı uğurlu əməliyyat davam edir. Yanvarın 20-də başlayan və bu gün də davam edən əməliyyatlarda 2295 PYD terrorçusu məhv edilib.

Bölgədən əldə edilən görüntülərdən biri hamını duyğulandırıb. Görüntünü TGRT Haber yayıb. Əsgərlərin dizə qədər palçığa bulaşmış çəkmələri baxanları kədərləndirib. Bu həm də Afrin əməliyyatının nə dərəcə ağır şərtlər altında həyata keçirildiyini göstərir.

Sputnik Azərbaycan "SABAH"a istinadən o fotonu təqdim edir:

725
Teqlər:
Afrin, foto, Türkiyə Silahlı Qüvvələri
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu, arxiv şəkli

Həm bayramlaşdılar, həm Ermənistana qarşı zəruri addımları müzakirə etdilər

5
(Yenilənib 23:07 29.10.2020)
Nazirlər Ermənistan tərəfindən mülki şəxslərin xaincəsinə hədəfə alınması və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz olduğunu bildiriblər.

BAKI, 29 oktyabr - Sputnik. Bu ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Ceyhun Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb və qardaş Türkiyəyə davamlı sülh, əminamanlıq və firəvanlıq arzulayıb.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistan tərəfindən mülki şəxslərin xaincəsinə hədəfə alınması və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz olduğu və bu cinayətlərə görə cavabdeh olan şəxslərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi Nazirlər tərəfindən vurğulanıb.

5
Əlaqədar
Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng edib
Rusiya Prezidenti Vladimir Putin

Putin koronavirus peyvəndlərinin effektivliyindən danışdı: "Sovet məktəbi sağdır"

7
(Yenilənib 22:53 29.10.2020)
Putin vurğulayıb ki, ilk növbədə Rusiya vətəndaşları koronavirus əleyhinə vaksinlər ilə təmin olunacaqlar.

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın koronavirus əleyhinə olan hər iki vaksini təhlükəsiz və effektivdir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Rusiya vaksinlərinin sınaqları davam edir, ümid edirəm ki, bu ilin sonunda kütləvi vaksinləşməyə başlaya bilərik", - deyə Prezident qeyd edib.

O vurğulayıb ki, ilk növbədə Rusiya vətəndaşları koronavirus əleyhinə vaksinlər ilə təmin olunacaqlar. Lakin Rusiya vaksinlər üzrə intellektual mülkiyyətin satışını həyata keçirməyə və ya xarici tərəfdaşların meydançalarında onların istehsalını təmin etməyə hazırdır.

Putin eyni zamanda qeyd edib ki, Rusiyada koronavirus əleyhinə vaksinin hazırlanması ölkədə elmin inkişaf etdiyini, sovet məktəbi sağdır.

7