NASA-nın X-43A Pegasus booster raketi

Pentaqon dünyanın ən dəhşətli silahını sınaqdan keçirəcək

686
(Yenilənib 12:58 02.03.2018)
Pentaqon yeni hipersəsli silahların sınaqlarına 2019-cu ildə başlayacaq

BAKI, 2 mart — Sputnik. Pentaqon (Pentagon) hipersəsli texnologiya üzərində işlədiklərini bəyan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu yeni silahın sınaqlarına 2019-cu ildə başlanılacaq."Biz Rusiya və Çin kimi ölkələrlə rəqabət apardığımızı bilirik", — deyə Perspektiv Tədqiqat Layihələri İdarəsinin rəhbəri Stiven Uoker bildirib.

Uoker qeyd edib ki, artıq bir neçə ildir onun rəhbərlik etdiyi idarə Hərbi Hava Qüvvələri, NASA, quru qüvvələri və Hərbi Dəniz Qüvvələri ilə birlikdə hipersəsli silahlar üzərində işləyir. Onun fikrincə, hipersəsli silahların yaradılması ilə bağlı məsələ onların qarşısındakı əsas prioritetlərdən biridir. Perspektiv Tədqiqat Layihələri İdarəsi hələ ötən ilin payızında bu sahəyə ayrılan büdcə vəsaitlərini artırmağı xahiş edib.

Ötən gün Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti zamanı dünyada analoqu olmayan yeni rus silahlarını təqdim edib. Burada söhbət "Sarmat" raket sistemi, sualtı dronlar, nüvə enerjisi ilə işləyən qanadlı raket, "Kinjal" aviasiya raket sistemi və lazer silahından gedir.

O, həmçinin atmosferin sıx təbəqələrində qitələrarası uzaqlığa "Maxa"dan 20 dəfə yüksək sürətlə uçmaq qabiliyyətinə malik "Avanqard" sisteminin yaradılmasından danışıb. Amerika hərbçiləri dərhal Putinin çıxışına reaksiya veriblər. ABŞ Silahlı Qüvvələrinin Strateji komandanlığının rəisi, general Con Hayten bəyan edib ki, ölkə hipersəsli silahlara qarşı orbital əsaslı radar sistemini inkişaf etdirməlidir.

Onun sözlərinə görə, Pentaqon yerüstü aşkarlama sistemlərinin kifayət etmədiyini qəbul edir. Buna görə də, orbital radarın yaradılması üçün sadəcə bir neçə milyard dollar ayırmaq lazımdır. 

Xatırladaq ki, hələ 2016-cı ildə "Taktik raket silahlanması" korporasiyasının (KTRV) baş direktoru Boris Obnosov bildirmişdi ki, Rusiya artıq növbəti onilliyin başlanğıcında hipersəsli nüvə silahının sahibi ola bilər. Obnosov qeyd etmişdi ki, bu cür raketlərin yaradılması hava hücumundan müdafiə sistemlərini əhəmiyyətli dərəcədə zəiflədəcək.

Ondan daha əvəvl isə Danimarkaranın "Jyllands-Posten" nəşri Rusiyanın yeni supersilahının güc balansını pozacağını yazmışdı. Nəşr qeyd etmişdi ki, bu silahlar silah sənayesinin son yeniliyidir. Yeni hipersəsli raketlərin sürəti səsin sürətindən 12 dəfə çox olacaq, yəni sürət saatda 15 min kilometr təşkil edəcək. Hipersəsli nüvə raketləri raket əleyhinə bütün müasir müdafiə sistemlərini dağıdacaq. Müdafiə sistemləri raketə reaksiya verə bilməyəcək.

"Hipersəsli raketlər Yer kürəsinin istənilən nöqtəsində istənilən hədəfi çox tez müddətdə vurmağa qadirdir. Raket əleyhinə müdafiə sistemləri müdafiə olunmaq üçün sadəcə vaxt tapmayacaq", — deyə Danimarka Hərbi Akademiyasının hərbi hava əməliyyatları bölməsinin başçısı Karsten Marrup bildirmişdi.

Onun sözlərinə görə, bu raketlər dünyada ən müasir müdafiə sisteminə malik ABŞ üçün də ekstremal çağırış olacaq: "Amerikalıların bugünkü raket əleyhinə müdafiə sistemi qitələrarası ballistik raketlərlə mübarizəyə hesablanıb. Mən əmin deyiləm ki, bu sistem hipersəsli raketə qarşı dura biləcək".

Rusiyanın hipersəsli raketlər sahəsində işlərinə cavab olaraq amerikalılar artıq bir neçə ildir ki, dünyada ilk hipersəsli bombardmançının yaradılması üzərində işləyirlər. Belə təyyarəyə dünyanın hər hansı nöqtəsindəki hədəfi vurmaq üçün 30 dəqiqə lazım olacaq. Hipersəsli texnologiyası olmadan bunun üçün 18 saat lazım idi. Karsten Marrup vurğulayıb ki, silahların inkişafının bu gedişatı əllərində ən müasir texnologiyaları cəmləyən dünya liderlərinin qarşısında yeni tələblər qoyur.

Onun sözlərinə görə, hipersəsli silahı birinci kimin əldə etməsi iki super dövlətin münasibətlərinə də təsir göstərəcək: "Əgər ruslar hipersəsli raketləri hazırlasa, dünyada güc balansında aşkar dəyişiklik olacaq və balans rusların xeyrinə olacaq. Amma ilk olaraq amerikalılar silahlanmaya hipersəsli bombardmançısını qəbul etsələr, o halda balans ABŞ-ın xeyrinə olacaq".

686
Teqlər:
dəhşətli, Federal məclis, Vladimir Putin, Pentagon, Rusiya, silah
Əlaqədar
Yeni era başladı: dəhşətli silah sınaqdan keçirildi
Pentaqon: Biz kürdlərdən ibarət ordu yaratmırıq
Pentaqon nümayəndəsi Azərbaycanda hansı strateji məsələləri müzakirə edib?
Pentaqon Türkiyə ilə müttəfiqliyin və İncirliyin taleyinə aydınlıq gətirdi
Pentaqon rəhbəri Türkiyədə

Azərbaycanda hansı yol hərəkəti qaydaları daha çox pozulur

2
(Yenilənib 19:23 01.12.2020)
Ölkə üzrə ən çox hansı yol hərəkəti qaydalarının daha çox pozulması ilə bağlı statistika açıqlanıb. Siyahıda birinci yeri icazə verilən sürət həddinin aşılması ilə əlaqədar qayda pozuntuları tutur.
İnfoqrafika: Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı statistika
© Sputnik / Elnur Salayev

Azərbaycanın yol polisi əməkdaşları bu ilin yanvar-sentyabr ayları ərzində ölkə yollarında sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı təxminən üç milyon fakt qeydə alıblar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qayda pozuntularının üçdə biri icazə verilən sürət həddinin aşılması ilə əlaqədardır.

İkinci yeri nəqliyyat vasitəsini düzgün saxlamamaq və ya səhv yerə park etməklə bağlı cərimələr tutur - 20,7%. Üçüncü yerdə isə yol işarələri və ya nişanlarının tələblərinə əməl etməməklə bağlı qayda pozuntuları durur.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası 2020-ci il üzrə yol hərəkəti qayadalarının pozulması statistikasına da öz təsirini göstərib. Tutulan protokolların 4.1%-i nəqliyyatda sanitar-gigiyena və karantin rejimini pozanların payına düşür.

Ümumilikdə sürücülər qayda pozuntuları ilə bağlı dövlət xəzinəsini 93,2 milyon manat həcmində cərimə ödəməli olublar.

Yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı statistika Sputnik Azərbaycan-ın İnfoqrafikasında daha geniş şəkildə öz əksini tapıb.

2
Maliyyə hesabatı, arxiv şəkli

Şəhid ailələri qazilərə ödəniləcək müavinətlərlə bağlı açıqlama verildi

19
(Yenilənib 19:52 01.12.2020)
Talıbov deyib ki, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri məlumatsızlıqdan irəli gəlir.

BAKI, 1 dekabr - Sputnik. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri isə məlumatsızlıqdan irəli gəlir. Onlar digər sosial ödənişlərlə (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunurlar:

- Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.
- Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.

Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:
- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);
- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;
- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;
- Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;
- Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;
- Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;
- Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;
- Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;
- Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir.

Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

19