Yüz manatlıq əskinazlar

Mərkəzi Bank milli valyutamızın məzənnəsini qaldırdı

338
(Yenilənib 10:57 28.02.2018)
Bu günə olan rəsmi məzənnələr açıqlanıb

BAKI, 28 fevral — Sputnik. Fevral ayının 28-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi fevralın 27-si ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.0781 manata, rubl/manat məzənnəsi isə 0,0302 manata düşüb.

Qeyd edək ki, fevralın 27-də rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.0954 manata, 1 rubl 0,0306 manata bərabər idi.

338
Teqlər:
fevral ayı, rubl, məzənnə, Mərkəzi Bank, avro, manat, dollar
Əlaqədar
Manat bir az daha ucuzlaşdı
Avro manat qarşısında duruş gətirə bilmədi
Manat-dollar "çəkişməsindən" son xəbər
AMB manatın məzənnəsini aşağı saldı
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

8
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

8
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

22
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

22