Dəməşqdə Suriya bayrağı

İngiltərə niyyətini açıqladı: Bəşər Əsədi vuracağıq

140
(Yenilənib 10:52 28.02.2018)
Son günlər Suriya rejiminin paytaxt Dəməşqə yaxın Şərqi-Quta bölgəsində müxaliflərə və mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsi barədə informasiya dolaşmaqdadır

BAKI, 28 fevral — Sputnik. Suriya rejiminin mövqelərini havadan vura bilərik. Sputnik xəbər verir ki, bunu İngiltərənin xarici işlər naziri Boris Conson (Boris Johnson) deyib.

O bildirib ki, əgər Əsədin kimyəvi silahdan istifadə etdiyi dəqiqləşsə İngiltərə yerində durmayacaq.

"Hazırda Əsədin ölkədəki müxaliflərə və mülkilərə qarşı kimyəvi silahdan istifadə edib-etmədiyini araşdırırıq. Əgər bu sübuta yetirilsə, İngiltərə Amerika ilə birlikdə hava hücumuna qatılacaq", – Conson bildirib.

BBC-yə danışan nazir qeyd edib ki, kimyəvi silahdan istifadə dəqiqləşsə, Birləşmiş Krallıq hava hücumu ilə bağlı təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, son günlər Suriya rejiminin paytaxt Dəməşqə yaxın Şərqi Quta bölgəsində müxaliflərə və mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsi barədə informasiya dolaşmaqdadır.

140
Teqlər:
kimyəvi silah, bombardıman, Suriya, İngiltərə
Bakıda restoran, arxiv şəkli

Kafe restoranlar işləyə bilmək üçün bu qaydalara əməl etməlidirlər

4
Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2020-ci il 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

BAKI, 15 avqust — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqqında qərar qəbul edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2020-ci il 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir.

Bu qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur. İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur. İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir. Qərara əsasən fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərinin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur.

4
Bakıda restoran, arxiv şəkli

Operativ Qərargah restoran kafelərlə bağlı qərar verdi

37
(Yenilənib 10:25 15.08.2020)
Operativ Qərargah: Restoran və kafelərdə yerində xidmət saat 09:00-dan 22:00-dək həyata keçiriləcək.

BAKI, 15 avqust - Sputnik. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların işləmə qaydası məlum olub.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2020-ci il 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ictimai iaşə obtyektlərində müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək həyata keçiriləcək.

Qərara əsasən, qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağan edilib.

37