Fevral ayının son günü üçün proqnoz

© Sputnik / Murad OrujovЖители столицы на Приморском бульваре в Баку
Жители столицы на Приморском бульваре в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq, mülayim şimal küləyi əsəcək

BAKI, 27 fevral — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Hava şəraiti cənub bölgəsində fəlakətə səbəb oldu

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Fevralın 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0