Taxi

Taksi tıxac probleminin yeni həlli nümayiş etdirildi - VİDEO

327
(Yenilənib 17:17 23.02.2018)
Aparatın bir nəfəri bortuna ala biləcəyi ehtimal edilir

BAKI, 23 fevral — Sputnik. Avropanın hava daşıyıcısı olan Airbus-un A3 bölməsi xüsusi Vahana layihəsi çərçivəsində hazırlanmış ilk hava taksisinin uçuşunun videogörüntüsünü nümayiş etdirib. Sputnik Azərbaycan xəbər verir ki, taksi havada 53 saniyə qala bilib.

"Alfa One" adı verilən taksi beş metr yüksəkliyə qalxdıqdan sonra təxminən 1 dəqiqə havada qalıb və sonra yerə enib. Vidoeda aparatın havaya qalxması göstərilməyib.

Layihəni hazırlayanlar bildiriblər ki, 53 saniyəlik uçuş zamanı akkumulyator batareyasının 8 faizini istifadə edib. Sınağın digər detalları açıqlanmayıb.

"Alpha One"nın sınağı yanvarın 31-də Oreqon ştatında aparılıb.

Qeyd edək ki, aparatın çəksi 745 kiloqramdır. Onun uzunluğu 5,7 metr eni 6,2 metr, hündürlüyü 2,8 metrdir.

Airbusla yanaşı öz pilotsuz hava taksilərini Almaniyanın Volocopter və Çinin Ehang şirkətləri sınaqdan keçirib.

327
Teqlər:
hava taksiləri, pilotsuz, aparat, taksi, Avropa, layihə, hava
Əlaqədar
“Taksi” və “Forsaj”ın davamı: 23-dən 3-ə düşən təqib – VİDEO
Bakıda "Forsaj" və "Taksi" filmlərinin süjeti təkrarlandı: 23 polis maşını...
Taksi sürücüləri arasında ilginc xəbər dolaşır, rəsmi qurumlar da açıqlama verdi
Taksi sürücüləri nə qədər qazanır və müştəriyə nə qazandıra bilirlər?