Tramp axır ki, bu işin çarəsini tapdı

© AFP 2023 / NICHOLAS KAMM Президент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp məktəb ərazisində təhlükəsizliyi təmin edən işçilər qismində silahla necə davranmağı bacaran keçmiş hərbi qulluqçuların işə cəlb edilməsini təklif edib

BAKI, 22 fevral — Sputnik. Florida ştatında bir neçə gün əvvəl baş vermiş silahlı insidentdən sonra hökumət əleyhinə aksiyaların sayı durmadan artır. Sputnik xəbər verir ki, amerikalılar prezident Donald Trampdan silah satışı ilə bağlı qanunda dəyişiklik olunmasını tələb edirlər.

Dünən axşam Tramp problemin həlli yollarını müzakirə etmək üçün Floridadakı məktəblərin şagird və müəllim heyəti ilə görüşüb. O, mümkün hücumlardan qorunmaq üçün müəllimləri silahla təchiz etmək təklifini irəli sürüb.

Prezident, həmçinin məktəb ərazisində təhlükəsizliyi təmin edən işçilər qismində silahlarla necə davranmağı bacaran keçmiş hərbi qulluqçuların işə cəlb edilməsini təklif edib.

"Açığı, müəllimlər üzərlərindəki silahı gizli şəkildə daşıya bilərdilər. Onlar xüsusi təlim keçərdilər. Belə olan halda məktəblərdə oxşar cinayətlərin də sayı azalardı. Çünki canilər məktəblərdə onlara cavab atəşinin açılmayacağını bilirlər", — Tramp deyib.

Xəbər lenti
0