Sənədin imzalanması

İlham Əliyevin təklif etdiyi şəxs vəzifəyə təyin olunub

1185
(Yenilənib 14:43 13.02.2018)
Qasım Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilib

BAKI, 13 fevral — Sputnik. Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilib.

Məsələ səsə qoyularaq qəbul edilib. Layihə parlamentə prezident İlham Əliyevin imzası ilə daxil olub.

Qeyd edək ki, Q.Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib. O, 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri olub.

1185
Teqlər:
Qasım Vəli oğlu Əliyev, təyin, Ali Məhkəmə, hakim, Naxçıvan Muxtar Respublikası, Milli Məclis, parlament
Əlaqədar
Milli Məclis prezidentin təklifini qəbul etdi
"Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik edildi
Milli Məclisin plenar iclası başlayıb