Milli Məclis

Milli Məclis prezidentin təklifini qəbul etdi

251
(Yenilənib 14:20 13.02.2018)
Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib

BAKI, 13 fevral — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, fevralın 25-də səlahiyyət müddəti bitən Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib.

Məsələ səsəqoyularaq qəbul edilib. Layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədridir.

251
Teqlər:
Azərbaycan Respublikası Ali Məhkəməsi, Ramiz Rzayev, plenar iclas, hakim, Milli Məclis
Əlaqədar
Milli Məclisin plenar iclası başlayıb
Nazir müavini Milli Məclisdə qanunsuzluqları dilə gətirdi
Milli Məclis dünya azərbaycanlılarını birləşməyə çağırır