Protesters against a hike in electricity prices scuffle with policemen in Yerevan, Armenia, July 6, 2015.

Ermənistanda vəziyyət gərginləşdi

34
(Yenilənib 01:34 11.02.2018)
Ermənistanda qanun layihəsinə qarşı çıxan hüquq müdafiəçiləri tətilə başlayıblar

BAKI, 10 fevral — Sputnik. Ermənistan parlamenti "Məhkəmə məcəlləsinə" dəyişiklik edir. Bununla bağlı təklif olunan qanun layihəsi təsdiqlənərsə, Yerevanda vahid məhkəmə sistemi olacaq. Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, yeni qanun vəkillərin hüquqlarını da məhdudlaşdıracaq. Belə ki, hakimlər istədikləri vaxt vəkili cərimə edə bilərlər.

Qanun layihəsinə qarşı çıxan hüquq müdafiəçiləri tətilə başlayıblar. Bununla bağlı keçirilən toplantıda vəkillər deyiblər:

"Biz o şəxslərik ki, insanların hüquqlarını, maraqlarını müdafiə edirik. Əgər biz özümüz də haqsızlığa məruz qalacaq və buna qarşı çıxa bilməyəcəyiksə o zaman niyə fəaliyyət göstəririk?".

Vəkillər məsələ ilə bağlı beynəlxalq hüquq təşkilatlarını məlumatlandırıblar. Hüquqşünas Ara Zohrabyan deyib ki, onsuz da bu ölkədə insanların hüquqlarını müdafiə etmək çətindir. Qanunun aliliyi çoxdan süquta uğrayıb. Vəkillərin fəaliyyətini məhdudlaşdırmaqla məhkəmə-hüquq sistemini tamamilə çökdürmək istəyirlər.

"Yelk" partiyası parlamentin müzakirəyə çıxardığı "Məhkəmə məcəlləsini" növbəti dəfə boykot edib. Partiyanın sədri Nikol Paşinyan bildirib ki, bu, ölkədə yeni etiraz dalğası yaradacaq. Onsuz da vəkillər üçün son bir il gərgin keçib. Hüquqşünaslar onların peşələrinə, toxunulmazlıqlarına qarşı aparılan hücumlara son qoyulması ilə bağlı dəfələrlə aksiya keçiriblər. Vəkillər məhkəmə iclasları zamanı qanunsuz axtarışlara məruz qalırlar.

Bir qrup hüquq müdafiəçisi bu hallara etiraz olaraq aclıq aksiyası keçirsə də vəziyyət düzəlməyib. Bütün bunlar isə Ermənistanda insan hüquqlarına münasibətin dözülməz olduğunu təsdiqləyir. "Yelk" partiyasının deputatları deyiblər ki, onlar bu qanunsuzluqlara göz yummayacaqlar. Çünki hökumət tətbiq edəcəyi cərimələrlə hüquqşünasları susdurmağa çalışır. Bu isə insan haqlarına ziddir.

34
Teqlər:
Yelk, vəkillər, Vəkillər Kollegiyası, Nikol Paşinyan, Ermənistan
Əlaqədar
Ermənistanda 4 partiya parlamentə keçib
Ermənistanda ciddi qarşıdurma başlaya bilər
Ermənistanda nümayişçilər prezident sarayına yürüş planlaşdırıblar
Ermənistanda iğtişaş dərinləşir
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

14
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

14
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

9
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

9
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı