"Prezident seçkilərindən sonra ciddi addımlar atıla bilər"

© Sputnik / Murad OrujovРеферендум в Азербайджане
Референдум в Азербайджане - Sputnik Azərbaycan
Abunə olmaq
Məhərrəm Zülfüqarlı: "Azərbaycanla müqayisədə bir sıra Avropa ölkələrində seçki kampaniyasının müddəti daha azdır"

BAKI, 9 fevral — Sputnik. "Bir sıra qərbyönümlü seçki təşkilatları Azərbaycanda seçki kampaniyasının 90 gündən 60 gündən endirilməsi və seçki təşviqatı ilə bağlı müddətin 23 günə endirilməsini tənqid edir. Ancaq sonradan araşdırmalar zamanı məlum olub ki, Azərbaycanla müqayisədə bir sıra Avropa ölkələrində seçki kampaniyasının müddəti daha azdır. Hətta İspaniyada seçki təşviqatı üçün cəmi 10 gün ayrılır". 

© Sputnik / Irade JELILAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahın fəaliyyət proqramının təqdimatı keçirilib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahın fəaliyyət proqramının təqdimatı keçirilib - Sputnik Azərbaycan
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahın fəaliyyət proqramının təqdimatı keçirilib

Sputnik Azərbaycan xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı belə deyib. O, prezident seçkilərinin vaxtının önə çəkilməsinin vacibliyindən danışıb.

"Azərbaycan demokratik ölkədir, son referendumda qəbul edilən Konstitusiyada prezidentin səlahiyyət müddəti 7 il olacaq. 2025-ci ildə prezident və parlament seçkiləri üst-üstə düşəcək. Seçki Məcəlləsinə görə, parlament və prezident seçkiləri eyni gündə keçirmək mümkün deyil. Məhz buna görə də dövlət başçısı prezident seçkilərinin yazda keçirilməsi barədə sərəncam verib" — Zülfüqarlı bildirib.

"Ola bilsin, Qarabağ probleminin həllində prezident seçkilərindən sonra ciddi addımlar atılsın. Çünki Rusiyada və digər ölkələrdə də prezident seçkiləri keçirilir. Azərbaycanda bir qədər gec keçirilməsi, ola bilsin ki, bu danışıqlarda müəyyən maneçilik törədə bilərdi" — o, əlavə edib.

Seçki Qərargahının rəhbəri hesab edir ki, prezident seçkilərinin vaxtının dəyişdirilməsi gələcəkdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində daha real addımlar atılmasına kömək edə bilər.

M.Zülfüqarlı bəzi partiyaların seçkidə iştirakdan imtina etməsini də dəyərləndirib: "Yazırlar ki, filan partiya seçkini boykot etdi. Boykot başqadır, seçkidə iştirak etməmək başqa. Bəlkə sənin seçkidə iştirak etmək üçün heç gücün yoxdur. Seçkidə iştirak etməmək boykot demək deyil. Boykotu o təşkilat edə bilər ki, onun gücü, böyük strukturu olur və seçkidə iştirak etmək üçün hər cür imkanları olur. Amma heç bir gücü olmayan bir təşkilatın seçkiləri boykot etməsi düzgün deyil".

Xəbər lenti
0