İmtahan

Qərar elan olundu, hazır olun

923
(Yenilənib 11:15 09.02.2018)
Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 09 mart 2018-ci il tarixinədək davam edəcək

BAKI, 9 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında, ümumilikdə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 193 vakant icraçı vəzifələri üzrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir. Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 09 mart 2018-ci il tarixinədək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması" vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 09 mart 2018-ci il saat 18:00-dək Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır. 

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər. 

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunmuşdur:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (73 vakant vəzifə): BB1 altqrupu üzrə 2; BB2 altqrupu üzrə 7; BB3 altqrupu üzrə 14; BB4 altqrupu üzrə 50;

Dövlət Statistika Komitəsi (51 vakant vəzifə): BA3 altqrupu üzrə 1; BA4 altqrupu üzrə 1; BB3 altqrupu üzrə 6; BB4 altqrupu üzrə 43;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (46 vakant vəzifə): BA4 altqrupu üzrə 2; BB2 altqrupu üzrə 1; BB3 altqrupu üzrə 19; BB4 altqrupu üzrə 24;

Gənclər və İdman Nazirliyi (6 vakant vəzifə): BB3 altqrupu üzrə 4; BB4 altqrupu üzrə 2;

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (3 vakant vəzifə): BB3 altqrupu üzrə 1; BB4 altqrupu üzrə 2;

Tarif Şurasının Katibliyi (1 vakant vəzifə): BA4 altqrupu üzrə 1;

Sumqayıt Apelyasiya Məhkəməsi (3 vakant vəzifə): BA4 altqrupu üzrə 3;

Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi (2 vakant vəzifə): BB4 altqrupu üzrə 2;

Sabirabad Rayon Məhkəməsi (4 vakant vəzifə): BB4 altqrupu üzrə 4;

Lerik Rayon Məhkəməsi (2 vakant vəzifə): BB4 altqrupu üzrə 2;

Cəbrayıl Rayon Məhkəməsi (2 vakant vəzifə): BB4 altqrupu üzrə 2;

Əlavə olaraq, müsabiqəyə çıxarılmış 193 vakant inzibati vəzifədən 8-i BA vəzifə qrupu, 185-i isə BB vəzifə qrupuna uyğundur.

923
Teqlər:
dövlət qulluğu, struktur, qeydə alınıb, vakant yerlər, çatışmazlıq, fəaliyyət, Dövlət İmtahan Mərkəzi, dövlət, müsabiqə, imtahan, təsnifat mərhələsi, vəzifə, məlumat, namizəd
Əlaqədar
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan olacaq
Dövlət İmtahan Mərkəzindən abituriyentlərə xoş xəbər, bu il...
Yeni imtahan modelinin mahiyyəti aydın oldu
Dövlət İmtahan Mərkəzi magistrlər üçün şans yaradır
Təhsil nazirindən yeni imtahan modeli açıqlaması
İmtahan yenidən keçiriləcək
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

0
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

0
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Reabilitasiya Mərkəzində, arxiv şəkli

Sosial reabilitasiya müəssisəsinə qəbul olunanlar arasında xeyli uşaq var

14
(Yenilənib 23:47 02.12.2020)
Sosial reabilitasiya müəssisəsində hazırda 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. 2020-ci il noyabr ayı ərzində "Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi"nə 23 sakin qəbul olunub.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən daxil olan məlumatda bildirilir.

Orada qurumun son aylardakı fəaliyyəti ilə bağlı qeyd olunur ki, müəssisəyə qəbul edilən 23 nəfərdən 7-si uşaq, 16-ı isə 18 yaşdan yuxarı olanlardır. Qəbul olunan yeni sakinlərin 12-si qadın, 11-i isə kişi cinsinə mənsubdur.

Məlumatda bildirilir ki, hazırda müəssisədə 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir. Sığınacaqda müvəqqəti məskunlaşanların yaş həddinə gəlincə, 72 sakinin 17-si uşaq, 55-i isə 18 yaşdan yuxarı olanlardır. 

14