Mərkəzi Bank

AMB manatın məzənnəsini aşağı saldı

260
(Yenilənib 11:04 08.02.2018)
Mərkəzi Bank bu günə olan rəsmi məzənnələri açıqlayıb

BAKI, 8 fevral — Sputnik. Fevral ayının 8-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi fevralın 7-si ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.0841 manata, rubl/manat məzənnəsi isə 0,0295 manata qalxıb.

Fevralın 7-də rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.1062 manata, 1 rubl 0,0299 manata bərabər idi.

Qeyd edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.

260
Teqlər:
fevral, rəsmi, rubl, məzənnə, Mərkəzi Bank, avro, manat, dollar
Əlaqədar
Manat yenidən ucuzlaşdı
Manata güvənənlər haqlı çıxırlar
Mərkəzi Bank manatın məzənnəsini qaldırdı
Mərkəzi Bankdan manatla bağlı müjdə
Beynəlxalq agentlikdən manatla bağlı ilginc proqnoz
Fransa prezidenti Emmanuel Makron, arxiv şəkli

Makron təcili Beyruta gedir - Niyəsi bilinmir

0
(Yenilənib 20:24 05.08.2020)
Fransa Xarici İşlər naziri Jan-İv Le Drian bəyan edib ki, avqustun 5-i Paris Beyruta kömək məqsədilə üç təyyarə göndərilməsi ilə bağlı qərar qəbul edib.

BAKI, 5 avqust — Sputnik. Fransa Prezidenti Emmanuel Makron partlayışların baş verdiyi Beyruta səfər edəcək. Bu barədə Sputnik Azərbaycan Fransa KİV-nə istinadən xəbər verir.

Qeyd olunur ki, Fransa Prezidenti livanlı həmkarı Mişel Auno və ölkənin Baş naziri Həsən Diabla görüşlər keçirəcək.

Fransa Xarici İşlər naziri Jan-İv Le Drian bəyan edib ki, avqustun 5-i Paris Beyruta kömək məqsədilə üç təyyarə göndərilməsi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, avqustun 4-ü Beyrutda güclü partlayışlar baş verib. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.

İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

Güclü partlayışlar nəticəsində həlak olanların sayı artıq 100 nəfəri ötüb, dörd mindən çox adam yaralanıb. Bununla yanaşı, Livan hakimiyyəti çoxlu sayda itkin düşmüş şəxslərin olması səbəbindən qurbanların sayının artacağını gözləyir.

0
Qadın kitab oxuyur, arxiv şəkli

Tanınmış ədəbiyyat portalı Azərbaycan şairlərinin əsərlərini dərc edib

3
(Yenilənib 20:23 05.08.2020)
Bölmədə klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, müasir Azərbaycan ədəbiyyatı nümunələrinin də mütəmadi olaraq işıqlandırılacağı nəzərdə tutulur.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Türkiyənin məşhur ədəbiyyat portalı olan erikagacioyku.com ("Alça ağacı") Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində Xalq şairi Bəxtiyar Vahabzadənin türk dilinə tərcümə edilmiş "Şəhidlər", "Bilə bildiyin qədər" şeirləri dərc olunub.

2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıran "Azərbaycan ədəbiyyatı" bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlərlə yanaşı, dahi şairimizin həyat və yaradıcılığı haqqında da geniş məlumatlar oxuculara təqdim olunub.

Screenshot - Erik

Bundan başqa, həmin səhifədə ölməz şairimiz Nəbi Xəzrinin yaradıcılığı və "Dəniz, göy, məhəbbət", "İki səs" şeirləri də türk dilinə tərcümə edilərək, oxucuların ixtiyarına buraxılıb.

Bölmədə klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, müasir Azərbaycan ədəbiyyatı nümunələrinin də mütəmadi olaraq işıqlandırılacağı nəzərdə tutulur.

Screenshot - Erik

Qeyd edək ki, sözügedən portalda dünyanın bir çox ölkələrinin məşhur şair və yazarlarının əsərləri tərcümə edilib.

3