Gənc qız

Eşq acısını unutduran maddə kəşf edilib

70
(Yenilənib 10:54 08.02.2018)
Bu maddənin qadınların sosial həyatlarında yaşadığı çətinliyi azaltdığı müşahidə olunub

BAKI, 8 fevral — Sputnik. ABŞ-da yerləşən Kaliforniya Universitetində alimlər olduqca maraqlı araşdırma aparıblar. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən məlumatına görə, araşdırma, tərkibində ibuprofen olan ağrıkəsicilərdən istifadə edən qadınların eşq əzabını daha tez unutduğunu göstərib.

Tədqiqat, ibuprofenin kişilərə əzabı daha yüngül keçirməyə köməyi olmadığını göstərib. İngiltərənin “Daily Mail” qəzeti yazır ki, ibuprofendəki maddələrin qadınların sosial həyatda yaşadığı gərginliyi də azaltdığı müşahidə olunub.

70
Teqlər:
Eşq, Kaliforniya Universiteti, alim, maddə
Əlaqədar
"Eşq mələyi" Bakıda ərəb turisti əzişdirdi
Bir eşqin naləsini ifadə edən “Sarı gəlin” təqdim olundu
Bu eşq hekayəsini sonadək dinləmək ürək tələb edir
Rusiya XİN-nin binası, arxiv şəkli

Çexiyanın Rusiyadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edildi

13
Rusiya Xarici İşlər Nazirliyinin “persona non qrata” elan etdiyi şəxslər Moskvanı 19 aprelə qədər tərk etməlidirlər.

BAKI, 18 aprel - Sputnik. Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.

Həmin şəxslər Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan əvvəl RF diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".

Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib. 

 

13

Heydər Əliyev prospektində dörd avtomobil toqquşub, ağır xəsarət alanlar var

13
(Yenilənib 23:48 18.04.2021)
“Bağırov körpüsü” adlanan hissəyə yaxın yerdə dörd avtomobilin toqquşması nəticəsində tıxac yaranıb.

BAKI, 18 aprel - Sputnik. Bakıda Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə “Bağırov körpüsü” adlanan hissəyə yaxın yerdə qeydə alınıb.

4 avtomobilin toqquşduğu qəza nəticəsində 3 nəfər ağır xəsarət alıb. 

Hazırda hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

13