Yataqda uzanmış gənc qadın, arxiv şəkli

Qalmaqal: Şagird məktəbə striptizçi qız çağırıb

204
(Yenilənib 10:44 07.02.2018)
Striptiz göstərən qızın pulunu valideynlərinin kredit kartı ilə ödəyib

BAKI, 7 fevral — Sputnik. ABŞ-dan olan yeniyetmə məktəbə striptizçi çağırıb və buna görə cəzalandırılıb.

Sputnik xarici mediaya istinadla xəbər verir ki, hadisə fevralın 1-də baş versə də, bu barədə mediaya yalnız ayın 5-də xəbər verilib.

İnsident Texasdakı təhsil müəssisələrindən birində baş verib. Məktəblilərdən biri striptizçini saat 11:30-da çağırıb. Ona ünvanı desə də, buranın məktəb olduğunu deməyib. Qız göstərilən ünvana gəlib. Amma oranın məktəb olduğunu biləndə, qapının zəngini basaraq və bu barədə məktəb rəhbərliyinə xəbər verib. O, vəziyyəti gərginləşdirmədən binanı tərk edib.

Araşdırma zamanı məlum olub ki, şagirdlərdən biri qızı mobil telefon vasitəsilə çağırıb və ona valideynlərinin kredit kartı vasitəsilə xidmətə görə ilkin ödəniş edib. 

Hazırda uşaq bu xoşagəlməz addımına görə məktəb rəhbərliyi və valideynləri tərəfindən cəzalandırılıb.

"İşçi heyət vəziyyətə mümkün qədər həssaslıqla və peşəkarlıqla yanaşıb. Bunun həddini aşan hərəkət olmasına baxmayaraq, striptizçinin məktəbə daxil olaraq şagirdlər qarşısında çıxış etməsi baş tutmayıb və bu halın şagirdlərə hər hansı təsir göstərməsinə imkan verilməyib" — deyə məktəbin direktoru Peyc Hadziselimoviç (Paige Hadziselimovic) valideynlərə yazdığı elektron məktubda bildirib.

Striptiz xidmətləri göstərən şirkətin sahibi Şon Mayklz (Sean Michaels) isə qeyd edib ki, baş verən hadisəyə görə məktəblinin valideynlərindən kompensasiya gözləyir.

"Uşaqlar başa düşməlidir ki, qızın vaxtını və mənim pullarımı xərcləyiblər. Əgər onlar hesab edirlərsə ki, bu, əyləncəlidir, onda evlərinin ünvanını versinlər və biz onların oğlunun yanına gedək, gecə saat 2-də qapılarının zəngini çalaq və gülək" — deyə o bildirib.

204
Teqlər:
"Striptiz", əyləncə, məktəb, Sean Michaels, Paige Hadziselimovic, Texas, ABŞ
Əlaqədar
"Striptiz" və "Poker" oyunları ilə bağlı sürpriz qərar
Aktrisa prezidenti striptiz kluba dəvət etdi

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

68
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

68
Pirat, arxiv şəkli

Azərbaycan vətəndaşının Nigeriyada öldürülməsinə görə cinayət işi açılıb

7
(Yenilənib 23:17 25.01.2021)
Cinayət işi üzrə Türkiyə, Qabon və Liberiyanın səlahiyyətli orqanlarına hüquqi yardım haqqında sorğular hazırlanır.

BAKI, 25 yanvar — Sputnik. "Kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, 23 yanvar 2021-ci il tarixində Nigeriya sahillərində üzən Türkiyənin "Boden denizcilik" şirkətinə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilib".

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İlkin araşdırma nəticəsində müəyyən edilib ki, 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxsin Azərbaycan Respublikasının vətəndaşı, 09.06.1976-cı il təvəllüdlü, gəmidə 2-ci mühəndis vəzifəsində çalışan Fərman Əli oğlu İsmayılovun olduğu müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq zəruri istintaq əməliyyat tədbirləri həyata keçirilir.

Hazırda ölkəmizin Xarici İşlər Nazirliyi, habelə xarici ölkələrin aidiyyəti qurumları ilə intensiv danışıqlar aparılmaqla, qeyd olunan cinayət işi üzrə Türkiyə, Qabon və Liberiyanın səlahiyyətli orqanlarına hüquqi yardım haqqında sorğular hazırlanır.

"Baş Prokurorluq tərəfindən təxirəsalınmadan Liberiyanın Baş Prokurorluğu ilə əlaqə yaradılmış və qarşı tərəf bu məsələnin araşdırılmasında Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirib", - Mətbuat xidmətindən bildirilib.

7