BAKI, 6 fevral — Sputnik. Fevral ayının 6-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi fevralın 5-i ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.1007 manata, rubl/manat məzənnəsi isə 0,0295 manata düşüb.
Fevralın 5-də rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.1180 manata, 1 rubl 0,0301 manata bərabər idi.
Qeyd edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.
BAKI, 28 yanvar — Sputnik. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Bakı vaxtı ilə saat 16:30-da başlayacaq iclas 2021-ci ildə ilk dəfə keçiriləcək.
İclas zamanı Aralıq dənizinin şərqindəki vəziyyət, həmçinin bu regionda gərginliyi azaltmaq üçün Yunanıstanla başladılan danışıqlar, terrorçularla mübarizə məsələsi müzakirə olunacaq.
Təhlükəsizlik Şurasının iclası zamanı, həmçinin Türk ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti də dəyərləndiriləcək.
BAKI, 28 yanvar — Sputnik. Müqəddəs Georgi kilsəsi Qax rayonunun Qaxingiloy kəndi ərazisində yerləşir. Sözügedən kilsə 1888-ci ildə xristian din əzabkeşi Müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilib. Sputnik Azərbaycan xəbər verir ki, Kilsə Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.
2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kilsəni ziyarət edib.