Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Türkiyənin sərnişin təyyarələri böyük faciənin bir addımlığından döndü

© Sputnik / Maksim Blinov / Mediabanka keçidНовый борт Boeing 737-800 авиакомпании "Победа"
Новый борт Boeing 737-800 авиакомпании Победа - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə təyyarəsi yayınmasaydı, faciə qaçılmaz olacaqdı

BAKI, 4 fevral — Sputnik. Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus "Boeing-737" təyyarəsi İstanbulun Atatürk hava limanına eniş edərkən Türkiyənin "Pegasus" aviaşirkətinin həmin an havaya qalxmaqda olan laynerinin 250 metrliyindən keçib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Moskvadan uçan təyyarənin pilotu güclü külək səbəbindən birinci cəhddə eniş edə bilməyib.

Bu səbəbdən hava gəmisi təyyarələrin uçuş trayektoriyasına daxil olub.

İstanbuldan İzmirə uçmaq üçün yuxarı doğru sürət yığmaqda olan təyyarənin pilotu toqquşmadan yayınmaq üçün sağ tərəfə doğru sərt manevr edib. Rusiya layneri həmin zaman əks istiqamətdə dönüş edib.

Bundan sonra Rusiya təyyarəsi eniş edib, Türkiyə layneri isə uçuşunu davam etdirib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Türkiyənin aviasiya idarəsi hadisə ilə bağlı araşdırmaya başlayıb.

Xəbər lenti
0