CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keçmiş məhbusdan qanunsuz silah və narkotik vasitə götürülüb

© Sputnik / Oleg Zoloto / Mediabanka keçidСотрудник полиции готовит к уничтожению пакетики с героином, фото из архива
Сотрудник полиции готовит к уничтожению пакетики с героином, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Saxlanılan şəxs əvvəllər Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə məhkum olunub”

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində keçmiş məhbusdan narkotik maddə və silah götürülüb.

Masallı Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı Cahangir Hüseynov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, əməliyyat nəticəsində Balakən rayonu Mahmalar kənd sakini, hazırda Masallı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Əzizov Zöhrab Şirin oğlu saxlanılıb: “Saxlanılan şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə məhkum olunub. Onun üzərinə baxış zamanı 1 bükümdə təmiz çəkisi 7,27 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Z.Əzizovun yaşadığı evə baxış keçirilib və baxış zamanı evdə 110 qram, ümumilikdə isə 117,27 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd qundağı və lüləsi kəsilmiş yivli silah aşkar edilərək götürülüb”.

Masallı rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Xəbər lenti
0