Meşədə həyat mübarizəsi: 5 gün mənfi 30 dərəcədə

© REUTERS / Ilya NaymushinMeşədə qar
Meşədə qar - Sputnik Azərbaycan
Abunə olmaq
Andreyin yaxın dostu telekanala açıqlamasında deyib ki, əgər xilasedicilər 40 dəqiqə də geciksəydi, o, həyatını itirə bilərdi

BAKI, 3 fevral — Sputnik. Rusiyanın Çelyabinsk şəhərində 6 gün əvvəl meşədə itən 31 yaşlı Andrey dünən tapılıb. Beş gün ərzində —30 dərəcə şaxtada həyat mübarizəsi verən Andrey Ren.TV telekanalına başına gələnlər haqda danışıb.

Sputnik Türkiyə xəbər verir ki, o, acından ölməmək üçün şam ağacı yarpaqları yediyini söyləyib.

"Odun kəsmək üçün meşəyə getmişdim. Bir müddət sonra yolumu azdığımı anladım. Ancaq panikaya düşmədim. İlk iki gün yaxşı idi. Baxmayaraq ki, ac və susuz idim. Bədənimdən xeyli miqdarda maye itmişdi. Əriyən qarın suyunu içirdim. Şam ağacı yarpaqları yeyirdim. Donmamaq üçün odunu yandırıb yanında yatırdım. Çünki meşədə donaraq ölməkdən çox qorxurdum. Xilasedicilər məni tapanda huşum tam yerində deyildi” – deyə Andrey danışıb.

Andreyin yaxın dostu telekanala açıqlamasında deyib ki, əgər xilasedicilər 40 dəqiqə də geciksəydi, o, həyatını itirə bilərdi: "Biz onu tapanda halı çox pis idi. Sadəcə 40 dəqiqə gec qalsaydıq, Andrey artıq öləcəkdi".

Xəbər lenti
0