Televizora baxan qız

Telekanalda qadınlara məsləhət: Ərinizin ayaqlarından öpün...

174
(Yenilənib 01:41 03.02.2018)
Bəzi tamaşaçılar bunun axmaq və təhqiredici hərəkət kimi qiymətləndirib

BAKI, 3 fevral — Sputnik. İran hökuməti “Seda-o-Simae-Ezd” kanalında yayımlanan proqramda deyilən sözlərə görə üzr istəyib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, kanaldakı proqramların birində ekspert qadınlara onları döyən ərlərinin ayaqlarından öpməyi məsləhət görüb.

"Biz üzr istəyirik. Və çalışacağıq ki, bundan sonra proqramları effektli şəkildə idarə edə bilək" – deyə kanaldan bildirilib.

Qeyd edək ki, ötən günlərdə kanalda yayımlanan proqramların birində qadın ekspert qadınlara məişətdə zorakılıqla üzləşdikləri zaman nə edəcəkləri barədə məsləhət verərkən bildirib ki, onlar belə vəziyyətə düşdükləri zaman ərlərinə masaj edib, ayaqlarından öpməlidirlər.

"Əgər sizin əriniz narkotik istifadəçisi olsa belə, o sizi döyəndə belə edin və sizin həyatınızda möcüzə baş verəcək" – deyə o əlavə edib. Qadının sözlərinə görə, bu hərəkət kişinin stressini, insult və infarkt riskinin azaldır.

Bəzi tamaşaçılar bunun axmaq və təhqiredici hərəkət kimi qiymətləndirib.

174
Teqlər:
hiddət, məsləhət, arvad, ər, telekanal
Əlaqədar
Bakıda keçmiş arvadını bıçaqlayan psixi xəstə ər harada gizlənir?
Bakıda qısqanc ər arvadını qanına qəltan etdi
Ər-arvad-sevgili cinayətinin təfərrüatı üzə çıxdı
Ər arvadına yeddi bıçaq zərbəsi endirdi