Süleysin quşu

Dünyanın ən yalqız quşunun inanılmaz sevgi hekayəsi - VİDEO

158
(Yenilənib 05:21 03.02.2018)
Nigelin ölü bədənini tapan gözətçi Kris Bell, bir az gülümsəyərək, bir az da hüznlə "bu hekayə belə bitməməli idi" deyib

BAKI, 3 fevral — Sputnik. Yeni Zelandiyanın Mana adası, sonu hüznlə bitən eşq hekayəsinə şahidlik edib. Nigel adlı Süleysin quşu vaxtilə adaya yerləşdirilən 80 ədəd quş heykəlindən birinə aşiq olub.

O, 3 il ərzində həmin quşla cinsi münasibət qurmağa çalışıb. Hisslərinə heç zaman qarşılıq ala bilməyən Nigel, əsl eşqi yaşamadan keçən həftə süni quşların arasında tələf olub.

Platonik eşqi üçün hətta yuva da tikən Nigel, bütün çabalarına baxmayaraq, təbii ki, arzusuna çata bilməyib. Onun cansız bədəni, ötən həftə süni quşun yanında tapılıb.

Nigelin ölü bədənini tapan gözətçi Kris Bell, bir az gülümsəyərək, bir az da hüznlə "bu hekayə belə bitməməli idi" deyib.

Qeyd edək ki, 1976-cı ildə Nigel adlı şəxs başqa quşları cəlb etmək üçün adada 80 quş heykəli qurub. Onun şərəfinə Nigel adlandırılan həmin Süleysin quşu da 40 il sonra ilk dəfə adaya gələn həqiqi quş olub. Ancaq bədbəxtçilik orasında idi ki, o adaya gələn tək quş idi və cütləşmək üçün qarşı cins yox idi.

Sputnik Azərbaycan "The Guardian"a istinadən, həyatının sonu hüznlə bitən Süleysin quşunun 2015-ci ildə çəkildiyi videosunu təqdim edir:

158
Teqlər:
quş, sevgi, Yeni Zelandiya
Kitab oxuyan tələbə, arxiv şəkli

Diplomların tanınmasında yenilik

2
(Yenilənib 18:50 27.11.2020)
Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda, arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək

BAKI, 27 noyabr — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu ilin noyabr ayından etibarən tanınma (nostrifikasiya) üzrə müraciət edən vətəndaşlara müraciətinin statusundan asılı olaraq müvafiq arayışları elektron qaydada əldə etmək imkanı yaradır. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, aparılan təkmilləşdirmə işləri nəticəsində artıq vətəndaşların sözügedən arayışları elektron sistem vasitəsilə əldə etmələri mümkündür. Belə ki, vətəndaşlar şəxsi kabinetlərinə daxil olaraq e-ərizə bölməsini seçməklə, generasiya olunmuş elektron arayışları PDF formatda əldə edə bilərlər:

Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək.

Müsahibəyə dəvət olunmaya dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız müsahibəyə dəvət olunduqları halda sistem vasitəsi ilə əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda, arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcəkdir.

Qeyd edək ki, bundan öncə vətəndaşlar yuxarıda göstərilən hər iki arayış növünü imzalı və möhürlü kağız daşıyıcıda əldə etmək üçün rəsmi şəkildə Agentliyə müraciət etməli olurdu.

2
Teqlər:
sənəd, yenilik, Azərbaycan, tanınma, diplom
Avtomobil tıxacı, arxiv şəkli

Bakıda bir neçə istiqamətdə sıxlıq var: birinə qəza səbəb olub - FOTO

2
Mais Ağayevin sözlərinə görə, küçə və prospektlərdə sıxlıq səbəbindən bütün istiqamətlərdə avtobuslar gecikmə ilə hərəkət edir

BAKI, 27 noyabr — Sputnik. Paytaxtın bir neçə küçə və prospektlərində sıxlıq müşahidə olunur.  Sputnik Azərbaycan bildirir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin verdiyi məlumata görə, sıxlıq səbəbindən bütün istiqamətlərdə avtobuslar gecikmə ilə hərəkət edir.

Sıxlıq müşahidə olunan ərazilər:

Ziya Bünyadov prospekti – Çermet körpüsündən 20 yanvar dairəsi istiqamətində və Ayna Sultanova parkından Koroğlu metrosu istiqamətində;
Tbilisi prospekti – şəhər istiqamətində və 20 yanvar dairəsi istiqamətində;
Koroğlu Rəhimov küçəsi -Heydər Əliyev prospekti istiqamətində;
Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqamətində;
Üzeyir Hacıbəyov küçəsi – Cavanşir körpüsünün üstü;
Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində nisbətən sıxlıq;
Şah İsmayıl Xətai prospekti –Təhsil Nazirliyinin yanı Heydər Əliyev prospekti istiqamətində sıxlıq;
Mikayıl Əliyev küçəsi –Heydər Əliyev prospekti istiqamətində;
Mikayıl Useynov prospekti –Azneft dairəsi istiqamətində;
Neftçilər prospekti –Azneft dairəsi istiqamətində sıxlıq;
Mustafa Kamal Atatürk prospekti –Ziya Bünyadov prospekti istiqamətində;
Heydər Əliyev prospekti –şəhər istiqamətində kənar yol.

Həmçinin, Z.Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) tunelə girişdə yol-nəqliyyat hadisəsi səbəbindən yolda sıxlıq müşahidə olunub.

3-cü Mikrorayon dairəsində hərəkətdə çətinlik yaranıb, dairə ətrafında tıxac var.

2
Teqlər:
sıxlıq, qəza, tıxac, Bakı