Astara Rayon Polis Şöbəsi

Astara sakini 20 il sonra vətənə qayıtdı, öldürüldü

732
(Yenilənib 22:49 02.02.2018)
Evin pilləkəni olmadığından, cinayətkarlar evə nərdivanla çıxıblar

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. Astarada qətl hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Kolatan kəndində qeydə alınıb.

Kənd sakini, 40 yaşlı Vüsal Hüseynovun meyiti yaşadığı evdə qohumları tərəfindən aşkar edilib. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və verilən ilkin məlumata əsasən Hüseynov Vüsal küt alətlə qətlə yetirilib.

Mərhumun əmisi oğlu Elbrus Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, əmisi oğlunun qətlə yetirildiyini eşidib, hadisə yerinə gəliblər: “Meyiti Lənkərana gətiriblər. Evin pilləkəni yox idi. Cinayətkarlar evə nərdivanla çıxıblar”.

Qeyd edək ki, meyit müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Məlumat üçün bildirək ki, V.Hüseynov 20 ilə yaxın müddətdə Rusiya Federasiyasında yaşayıb. O, bir ay əvvəl Vətənə qayıdıb.

Qətllə bağlı araşdırmalar davam etdirilir.

732
Teqlər:
Astara, qətl, hüquq-mühafizə orqanları, meyit
Əlaqədar
Piyada qətliamı davam edir: vəsiqəsiz sürücü 66 yaşlı qadını öldürdü
Azərbaycanda avtobusda dəhşətli qətl baş verdi
Diplomatın qətlinin təfərrüatı: zorlayıb, meyitini küçəyə atıblar
Livanda Britaniya səfirliyinin əməkdaşı qətlə yetirilib
Bakıda dəhşətli qətlin gizlinləri: ərinə xəyanət edən gəlinə vaxt qoyulubmuş