İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Yasamal rayonuna icra başçısı təyin olundu

1003
(Yenilənib 16:11 02.02.2018)
İlham Əliyevin digər sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

BAKI, 2 fevral — Sputnik. Prezident İlham Əliyev Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq, Əziz İmran oğlu Əzizovu Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.

İlham Əliyevin digər sərəncamı ilə Ə.Əzizov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

1003
Teqlər:
Cəlilabad Rayon İcra Hakimiyyəti, başçı, Yasamal Rayon İcra Hakimiyyəti, sərəncam, İlham Əliyev, vəzifə, prezident
Əlaqədar
İcra başçıları prezidentə məruzə ediblər
İcra başçısının inşa etdirdiyi bina bölgəyə axın yaradıb
Azərbaycanda yeni icra başçısı təyin olundu