Tutqun hava

Sabaha hava proqnozu

207
(Yenilənib 13:31 02.02.2018)
Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək

BAKI, 2 fevral — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 3-də hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3, gündüz 8-12, Bakıda gecə 0-2, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

207
Teqlər:
hava şəraiti, Abşeron yarımadası, temperatur, Bakı, gündüz, gecə, külək
Əlaqədar
Sabah gözlənilən hava proqnozu açıqlandı – DİQQƏTLİ OLUN
Yağış, qar, külək - Hava xəbərdarlığı
Bakıda müşahidə edilən anomal hava şəraitinin səbəbi nədir?